Çində 2300 il qabaq düzəldilmiş qılınc tapılıb – VİDEO | 1news.az | Xəbərlər
Dünya

Çində 2300 il qabaq düzəldilmiş qılınc tapılıb – VİDEO

15:06 - 02 / 01 / 2017
Çində 2300 il qabaq düzəldilmiş qılınc tapılıb – VİDEO

Çin arxeoloqları Henan bölgəsində yerləşən dəfinələrdən birində yaşı təxminən 2300 il olan qədim qılınc aşkar ediblər.

1news.az-ın Çin KİV-lərinə istinadən verdiyi məlumatına əsasən, qılınc Sinyan şəhərində yerləşən qədim dəfinədə tapılıb.

Videoda göründüyü kimi qılıncın hətta qınıda bu vaxtadək yaxşı halda qalıb.

Tapıntının e.ə. 475-ci ildən eramızın 221-ci ilinədək sürən Döyüşən krallıqlar dönəminə aid olduğu ehtimal edilir.

1news.az

Paylaş:
1392

Son xəbərlər

Bütün xəbərlər