Konsulluq: Sənədlər hazır olan kimi Nuranə Həsənovanın cənazəsi Bakıya göndəriləcək | 1news.az | Xəbərlər
Siyasət

Konsulluq: Sənədlər hazır olan kimi Nuranə Həsənovanın cənazəsi Bakıya göndəriləcək

16:39 - 02 / 01 / 2017
Konsulluq: Sənədlər hazır olan kimi Nuranə Həsənovanın cənazəsi Bakıya göndəriləcək

İstanbulda gecə klubuna hücum zamanı öldürülən Nuranə Həsənovanın cənazəsi Azərbaycana göndəriləcək.

1news.az-ın APA-ya istinadən verdiyi məlumatına əsasən, bu Rusiyanın İstanbuldakı Baş konsulluğundan bildirilib.

Qeyd edək ki, əslən azərbaycanlı olan N. Həsənova Rusiya  vətəndaşıdır.

Konsulluğun əməkdaşı Sergey Romanov cənazənin Bakıya  göndərilməsi üçün lazımi sənədlərin hazırlandığını bildirib:

“Xarici vətəndaşların dəfn mərasimi xidmətləri ilə məşğul olan şirkət müvafiq sənədləri hazırlayacaq. Yerdə qalan sənədlər konsulluqda hazırlanacaq”.

S. Romanov qeyd edib ki, sənədlər hazır olan kimi cənazə təyyarə ilə Azərbaycana göndəriləcək.

Qeyd edək ki, Yeni il gecəsi naməlum şəxs İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna hücum edib.

16 nəfər əcnəbi olmaqla, ümumilikdə 39 insan ölüb. Ölənlər arasında   Səudiyyə Ərəbistanı, Mərakeş, Livan, Liviya, İordaniya və İsrail vətəndaşları var. 

1news.az

Paylaş:
663

Son xəbərlər

Batı metrosunda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:40Bu gündən Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayırBu gün, 12:37Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27
Bütün xəbərlər