ABŞ-da “müqəddəs nəşə” görənləri şoka saldı | 1news.az | Xəbərlər
Dünya

ABŞ-da “müqəddəs nəşə” görənləri şoka saldı

18:32 - 02 / 01 / 2017
ABŞ-da “müqəddəs nəşə” görənləri şoka saldı

ABŞ-ın Kaliforniya ştatında naməlum şəxs Los-Anceles şəhərində yerləşən Santa Monika dağlarına həkk edilmiş “Hollywood” yazısını “Hollyweed”-ə dəyişdirib.

1news.az-ın dünya KİV-lərinə istinadən verdiyi məlumatına əsasən, tərcümədə “müqəddəs nəşə” mənasına gələn “Hollyweed” yazısı görənləri şoka salıb.

Naməlum şəxs müəyyən hərifləri rəngləyərək belə bir görüntünü əldə edib.

Qeyd edək ki, “Hollywood” yazısı ABŞ-ın simvollarından biridir və nəhəng kinosənayeni özündə cəmləşdirir.

Xatırladaq ki, belə bir hadisə 1976-cı ildə də baş vermişdi.

1news.az

Paylaş:
1213

Son xəbərlər

Bütün xəbərlər