Obama yanvarın 10-da xalqa müraciətlə çıxış edəcək
ABŞ prezidenti Barak Obama yanvarın 10-da Çikaqo şəhərində vida müraciəti ilə çıxış edəcək.
1news.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Ağ evin yaydığı bəyanatda deyilir.
“Mənim üçün bu müraciət gözəl səyahətə görə sizə təşəkkür etmək, son səkkiz il ərzində ölkəni yaxşılığa doğru dəyişdiyiniz üçün seçdiyiniz yolları qeyd etmək və bundan sonra ölkəmizin hara gedəcəyinə dair bəzi fikirləri səsləndirmək üçün gözəl fürsətdir", - deyə Obama bildirib.
Qeyd edək ki, ABŞ-nın yeni seçilmiş prezidenti Donald Tramp yanvarın 20-də səlahiyyətlərin icrasına başlayacaq. O, Obamanın daxili siyasətə aid bir çox təşəbbüslərinin üstündən xətt çəkəcəyini açıqlayıb.
APA
805