Keçən il kredit müqaviləsi imzalanan tələbələrin sayı açıqlanıb
Keçən il Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılan “Maarifçi” Tələbə Kredit Fondundan yararlanan tələbələrin sayı açıqlanıb.
Təhsil Nazirliyindən 1news.az-a verilən məlumata görə, dövlət ali təhsil müəssisələri tərəfindən təsis olunan fondun əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır.
“İlk kreditlər fondun meyarlarına cavab verən 22 nəfərə təqdim olunub və onlarla müqavilə imzalanıb. İkinci elan sessiyasında isə 12 universitetdən 121 tələbə müraciət edib və 80 təhsil krediti müqaviləsi imzalanıb”- deyə, nazirlikdən bildiriblər.
1news.az
577