İzmir valisi: Polis partlayıcı maddə olan avtomobili saxlamağa çalışıb
Polis əməkdaşları məhkəmə binasına yaxınlaşan partlayıcı maddə olan avtomobili saxlamağa çalışıb.
1news.az-ın Milliyet-ə istinadla verdiyi xəbərə görə, bu barədə İzmir valisi Erol Ayyıldız bildirib.
Onun sözlərinə görə, bu səbədən terrorçular maşını tərk edərək qaçmağa çalışıblar.
Partlayış boş avtomobildə baş verib.
Xatırladaq ki, avtomobilin partlaması nəticəsində 2 nəfər həlak olub, 10 nəfər isə yaralanıb.
Polis əməkdaşları iki terrorçunu zərəsizşləşdirə bilib.
Hazırda üçüncü terrorçunun axtarışları aparılır.
1news.az
839