Ötən il 93 nəfər insan alveri qurbanına müxtəlif növ yardımlar göstərilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən il 93 nəfər insan alveri qurbanına müxtəlif növ yardımlar göstərilib

20:00 - 05 / 01 / 2017
Ötən il 93 nəfər insan alveri qurbanına müxtəlif növ yardımlar göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi 2016-cı ildə 93 nəfərə müxtəlif növ yardımların göstərilməsini təmin edib. Həmin şəxslərdən 63 nəfəri Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Mərkəzə yönləndirilmiş insan alveri qurbanları, qalan 30 nəfəri isə potensial insan alveri qurbanları (insan alveri təhlükəsi ilə üzləşmək riski olan şəxslər) olub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, onların bir çoxuna mövcud vəziyyətləri və ehtiyacları nəzərə alınmaqla və ehtiyaclarına uyğun olaraq eyni vaxtda bir neçə növdə yardımlar göstərilib, sosial reabilitasiya olunmaları üçün aidiyyəti tədbirlər görülüb. Ümumilikdə, 41 nəfərə hüquqi, 46 nəfərə psixoloji, 22 nəfərə tibbi yardım göstərilməsi təmin olunub. 15 nəfərin yeni peşələrə yiyələnərək əmək bazarına çıxış imkanları əldə etmələri, 33 nəfərin münasib iş yerləri ilə təmin olunmaları üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə birgə müvafiq işlər aparılıb. Görülən tədbirlər nəticəsində insan alveri qurbanlarının əksəriyyətinin sosial reabilitasiyasına nail olunmaqla, müvafiq şəxslərin insan alverinin qurbanına çevrilmək riski aradan qaldırılıb. Hazırda hər iki qrupdan olan insanların bir qismi ilə işlər davam etdirilir.

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli 667 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na əsasən ötən il insan alveri ilə bağlı ictimai məlumatlılığın artırılması məqsədilə müxtəlif formalarda maarifləndirmə tədbirləri də həyata keçirilib. Mərkəz tərəfindən ölkəmizin regionlarındakı peşə məktəbi və liseylərdə, gənclər və idman idarələrində, qadınlar və yetkinlik yaşına çatmayanlar üçün cəzaçəkmə müəssisələrində “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbirlər təşkil olunub. Bu tədbirlərdə insan alveri anlayışı, onun növləri, insan alveri ilə mübarizə formaları, insanların hansı hallarda insan alveri qurbanına çevrilmək riski ilə üzləşdikləri və belə hallardan qorunmaq yolları və s. barədə məlumatlar verilib. İştirakçılara mövzu ilə əlaqədar maarifləndirici buklet və kitabçalar, aidiyyəti mövzuda disklər paylanıb, sualları cavablandırılıb.

1news.az

Paylaş:
445

Son xəbərlər

Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15
Bütün xəbərlər