Ölkə ərazisində əlverişli hava şəraiti gözlənilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Ölkə ərazisində əlverişli hava şəraiti gözlənilir

13:50 - 06 / 01 / 2017
Ölkə ərazisində əlverişli hava şəraiti gözlənilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanvar ayının 7-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman, axşam çiskin olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 8-13, Bakıda gecə 2-4, gündüz 10-12 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 765 mm civə sütunundan 759 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-50 faiz  təşkil edəcək.

Azərbaycanın rayonlarında  yanvarın 7-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.  

Tibbi-meteoroloji proqnoza görə, yanvarın 7-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli enməsi fonunda arabir güclənən gilavar küləyi meteohəssas insanlarda narahatlıq yaratsa da, sonrakı iki gündə meteoroloji amillərin mülayim tərəddüdü əsasən əlverişlidir.

1news.az

 

Paylaş:
450

Son xəbərlər

Bütün xəbərlər