Mərakeş FETÖ məktəblərini bağlayır | 1news.az | Xəbərlər
Dünya

Mərakeş FETÖ məktəblərini bağlayır

14:49 - 06 / 01 / 2017
Mərakeş FETÖ məktəblərini bağlayır

Mərakeşin Daxili İşlər Nazirliyi Fətullah Gülənə məxsus Fatih Sultan Mehmet məktəblərinin bütün təlim-təhsil ocaqlarının bağlanılması ilə bağlı rəsmi açıqlama yayıb. Qərarda qeyd edilir ki, bu məktəblərdə təhsil alan şagirdlər digər məktəblərə sövq ediləcək.

Həmçinin qərarda qeyd edilib ki, Mərakeşin Təhsil Nazirliyində aparılan araşdırmanın nəticəsi olaraq bu məktəblər ölkənin təhsil proqramına uyğun deyil. Nazirlik məktəblərin bağlanması üçün bir ay müddət verib.

Qeyd edək ki, Fatih Sultan Mehmet məktəblərinin Mərakeşin Tanca şəhərində əsası 1993-cü ildə qoyulub. Bundan əlavə, həmin məktəblər şəbəkəsinin Kasablanka, Fes, Tatvan və Əl-Cədid şəhərlərində də 8 şöbəsi fəaliyyət göstərir.

CNNturk

Paylaş:
689

Son xəbərlər

Bütün xəbərlər