No comment. Qəzəbli izmirli silahlı terrorçunu döyür – VİDEO
Dünən İzmirdə baş verən terror 2 nəfərin həyatına son qoyaraq, 10 nəfərin yaralanmasına səbəb oldu. 1news.az öz səhifəsində terror hücumu ilə bağlı bütün xəbərləri dərc edib.
Xəbərlər arasında yol polisi Fethi Sekinin təkbaşına başdan-ayağa silah və mərmi ilə yaraqlanmış terrorçularla atışması yer alıb. Qəhrəman polis canı bahansına terrorçulara müdaxilə etməsəydi, onlar İzmirin Ədalət Sarayını partlatmaqla daha çox insanın həlak olmasına səbəb olardı.
Oxucularımıza təqdim edəcəyim videodan terror və terrorçulara qarşı bütün nifrəti tam nümayiş etdirir.
Videodan aydın görünür ki, atışmanın şahidi olmuş silahsız vətəndaş yerə yıxılmış terrorçuya yaxınlaşaraq qəzəblə onu təpikləyir.
Bu an o, terrorçunun sadəcə yaralı və ya bomba kəməri ilə yaraqlanmış kamikadze olduğunu belə düşünmür.
Hadisə yerinə gələn polislər qəzəblənmiş vətəndaşı güclə sakitləşdirirlər.
1news.az