İzmirdə öldürülən terrorçuların PKK-nın dağ bölüyündən olduqları üzə çıxıb | 1news.az | Xəbərlər
Dünya

İzmirdə öldürülən terrorçuların PKK-nın dağ bölüyündən olduqları üzə çıxıb

21:09 - 06 / 01 / 2017
İzmirdə öldürülən terrorçuların PKK-nın dağ bölüyündən olduqları üzə çıxıb

Yanvarın 5-də Türkiyənin İzmir şəhərində məhkəmə binası qarşısında törədilən partlayışdan sonra atışmada öldürülən iki terrorçunun PKK-nın dağ bölüyündən olduğu üzə çıxıb.

1news.az APA-ya istinadən xəbər verir ki, terrorçuların dekabrın 28-də İzmirə gəldikləri və Bornova qəsəbəsində mənzil kirayələdikləri məlum olub.

Terrorçuların üzərindən Qaziantepdə yaşayan iki nəfərin adına düzəldilmiş saxta şəxsiyyət vəsiqələri çıxıb. Aparılan araşdırma zamanı saxta sənədlərdə adı olan şəxslərin PKK terror təşkilatı ilə hər hansı əlaqələrinin olmadığı, terrorçuların PKK-nın dağ bölüyündən olduqları müəyyənləşdirilib.

Terrorçular dekabrın 30-da xarici ölkədən gələn və şəxsiyyəti açıqlanmayan bir nəfərlə görüşüb, iki avtomobil satın alıblar. Təhlükəsizlik qüvvələri avtomobillərin şəhərdən kənara çıxmadığı və partlayıcının İzmirdə hazırlandığı qənaətinə gəlib. Amonium-nitratdan istifadə edilərək hazırlanan 150 kq partlayıcı təsir gücünün çox olması üçün avtomobilin yük yerindəki qaz balonunun yanında yerləşdirilib. Partlayıcı olan avtomobil polis tərəfindən məhkəmə binası qarşısında saxlanıldıqdan sonra partladılıb.

İkinci avtomobil polis tərəfindən təhlükəsizliklə əlaqədar nəzarət altında partladılsa da, bu avtomobildə partlayıcı qurğu aşkarlanmayıb. Hüquq-mühafizə orqanları terrorçuların ikinci avtomobildən qaçmaq məqsədilə istifadə etməyi planlaşdırdıqlarını ehtimal edir.

Olayla əlaqədar saxlanılan 18 şübhəli şəxsdən 9-nun terrorçularla əlaqəli olduğu da üzə çıxıb.

Qeyd edək ki, hadisə nəticəsində iki nəfər ölüb, 7 nəfər yaralanıb.

1news.az

Paylaş:
653

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər