Kot-Divuarda əsgər qiyamı | 1news.az | Xəbərlər
Dünya

Kot-Divuarda əsgər qiyamı

19:17 - 07 / 01 / 2017
Kot-Divuarda əsgər qiyamı

Yanvarın 7-də səhər saatlarından etibarən Kot-Divuarın ən böyük ikinci şəhəri olan Buakedə atışma və partlayış səsləri eşidilir.

1news.az Azərtac-a istinadən xəbər verir ki, yanvarın 6-da burada əməkhaqlarının qaldırılmasını və yaşayış şəraitinin yaxşılaşdırılmasını tələb edən ehtiyata buraxılmış əsgərlərin üsyanı başlayıb.

Etirazçılar silah anbarlarını ələ keçirib, həmçinin Burkina-Faso və Malidən yüklərin gətirilməsi üçün istifadə olunan əsas yolları nəzarətə götürüb. Şəhər demək olar ki, qiyamçıların nəzarəti altındadır.

Daloa və Korhoqo şəhərlərindəki hərbçilər də qiyama qoşulub. Onlar şəhərlərin küçələrinə çıxıb, təhlükəsizlik qüvvələrinin qulluqçuları isə öz postlarını tərk ediblər. Abican şəhərində yerləşən hərbi qərargahdan verilən məlumata əsasən, Buake şəhərindəki hərbçilərə kömək göndərilib.

1news.az

Paylaş:
781

Son xəbərlər

Bütün xəbərlər