Qar təmizləyəndə 120 minlik qızıl tapdı, sahibinə qaytardı | 1news.az | Xəbərlər
Dünya

Qar təmizləyəndə 120 minlik qızıl tapdı, sahibinə qaytardı

19:22 - 08 / 01 / 2017
Qar təmizləyəndə 120 minlik qızıl tapdı, sahibinə qaytardı

Türkiyədə 2 gündür ki, güclü qar yağır. Bəzi yerlərdə 1 metrdən artıq qar olduğu deyilir. Qar bürümüş yolları isə təmizləmək bələdiyyə işçilərinə düşür.

1news.az musavat.com-a istinadən bildirir ki, belə bir təmizlik zamanı maraqlı hadisə baş verib.

Bağlanan yolu açmaq üçün iş aparan bələdiyyə işçisi 45 yaşlı Təkin Arslan qutu içində 6 ədəd, hər biri 20 min türk lirəsi dəyərində qızıl bilərzik tapıb. Qızılların kimə aid olduğunu aşkar edib və onları sahibinə verib.

Məlum olub ki, qızılların sahibi Mustafa Zengin adlı şəxsdir. O, evdəki qızılları satmaq üçün zərgərə aparıb. Amma intensiv qar yağışı səbəbi ilə zərgərlər qapalı olub və M.Zengin geri dönməli olub.

Zengin evə qayıdarkən qızılları cibindən salıb. Evə çatanda isə qızılları itirdiyinin fərqinə varıb. Geri dönüb, hər yeri axtarıb, amma tapmayıb. Bu haqda polisə məlumat verən Zengin kor-peşman evinə dönüb. 

Qızıllarının tapıldığını eşidən Zengin onu tapan şəxsə təşəkkür edib. Xeyirxah əməlin sahibi, bələdiyyədə fəhlə işləyən Təkin Arslan:

“Tapdığım sandığı açanda qızılları gördüm. Polisə aparıb vəziyyəti izah etdim. Qızılların sahibini tapdılar, təhvil verdim”, - deyib.

1news.az

Paylaş:
966

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər