Fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı artıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı artıb

13:35 - 09 / 01 / 2017
Fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı artıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 2016-cı il ərzində də artmaqda davam edib. 

1news.az-ın məlumatına görə, ötən il əlavə olaraq 191 754 nəfərə, o cümlədən ötən ilin dekabr ayında 18 925 nəfərə fərdi şəxsi hesab açılıb. Bununla da fərdi uçot sisteminin əhatə etdiyi vətəndaşların sayı cari ilin 01 yanvar tarixinə 3 371 908 nəfərə çatıb.

Hazırda sistemdə fərdi şəxsi hesaba malik şəxslər arasında 30-40 yaş aralığında olanlar çoxluq təşkil edirlər. Sistemdə qeydiyyata alınmış şəxslərin  25,6 faizi (864 632 nəfər) məhz həmin yaşlarda olanlardan ibarətdir. Həmçinin qeydiyyatda olan sığortaolunanların 20 faizi (674 900 nəfər) 30 yaşa qədər olan, 19,9 faizi (673 431 nəfər) 40-50 yaş aralığında olan, 21 faizi (708 295 nəfər) 50-60 yaş aralığında olan, qalan hissəsi isə 60 yaşdan yuxarı olan vətəndaşlardır.

Azərbaycanda müasir sığorta-pensiya sisteminin mühüm komponenti kimi 2006-cı ildən fəaliyyətə başlayan fərdi uçot sistemi müvafiq qanunvericiliyə uyğun olaraq əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında  məlumatların uçotunun təşkili və aparılmasına xidmət edir. Həmin sistemdə fərdi şəxsi hesaba malik olan vətəndaş bununla gələcək pensiya təminatı üçün öz pensiya kapitalını toplamaq imkanı qazanır. Onun üçün fərdi şəxsi hesabın açıldığını təsdiqləyən sosial  sığorta şəhadətnaməsi də rəsmiləşdirilir. 

Qeyd olunanlarla yanaşı, “Sığortaolunanın onlayn uçota alınması”,  “Sığortaolunanlara məlumatların verilməsi”, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi”, “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi”, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi”, “Sığortaedənin (Fiziki şəxs) onlayn uçota alınması” və s. elektron xidmətlər vasitəsilə vətəndaşlara sosial sığorta münasibətləri üzrə bütün xidmətlərdən elektron müstəvidə faydalanmaq imkanları yaradılıb. Onlardan  “Sığortaolunanlara məlumatların verilməsi” e-xidməti vasitəsilə hər bir sığortaolunan fərdi hesabında toplanan pensiya kapitalı barədə mütəmadi şəkildə məlumat əldə edə bilir.

1news.az

Paylaş:
797

Son xəbərlər

“Youtube” şirkətinin həmtəsisçisi Bakıda sammitdə iştirak edəcəkBu gün, 17:16İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edibBu gün, 17:09Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyasının yaradılması müzakirə olunduBu gün, 16:40Bakının Ələsgər Qayıbov küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaqBu gün, 16:27Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olubBu gün, 16:21QAİ ABŞ Konqresində keçirilmiş dinləmələrdə ölkəmizin əleyhinə səsləndirilən ittihamlarla bağlı bəyanat yaydıBu gün, 15:58“İnstagram”da qumarla kibercinayətkarlıq edən şəbəkə ifşa olunub, 9 nəfər tutulub - FOTOBu gün, 15:33Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 2Bu gün, 15:22Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın Dövlət Suverenliyi gününü təbrik edibBu gün, 15:08Bakıda azyaşlıya qarşı zorakılıq edən şəxs işdən çıxarıldı - VİDEOBu gün, 14:58Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmovla vida mərasimi keçirilibBu gün, 14:55Səhiyyə Nazirliyi Zəngilanda ağciyər xəstəliklərinin erkən aşkarlanması ilə bağlı tibbi baxışlar keçiribBu gün, 14:34Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Səfəralı Səfərov dəfn edilibBu gün, 14:25Sükan arxasında yuxusuzluq növbəti dəfə faciəvi sonluqla bitdiBu gün, 14:23Cahit Bağçı Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edibBu gün, 14:01Xəzərdə balıq ovu qaydalarını pozan şəxslər saxlanılıbBu gün, 13:45Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdürBu gün, 13:31Mədəniyyət Nazirliyində türkiyəli kino təhsili mütəxəssisləri ilə görüş keçirilibBu gün, 13:29Nazirlik Qarabağ Universitetinin tələbə yataqxanasının görüntülərini yayıbBu gün, 13:27Ağdamın yenidən qurulan Eyvazxanbəyli kəndinin layihə görüntüləri yayılıbBu gün, 13:19
Bütün xəbərlər