Nurayın atası: Keçmiş baldızlarım və onların ərləri hücum edərək məni döydülər | 1news.az | Xəbərlər
Cəmiyyət

Nurayın atası: Keçmiş baldızlarım və onların ərləri hücum edərək məni döydülər

18:14 - 09 / 01 / 2017
Nurayın atası: Keçmiş baldızlarım və onların ərləri hücum edərək məni döydülər

Dekabr ayında keçmiş baldızlarım və onların ərləri hücum edərək məni döydülər.

1news.az-ın məlumatına görə, bunu “Xəzər” telekanalında yayımlanan “Bizə danış” verilişində 10 yaşlı Nuray Bayramzadənin atası Əvəz Bayramov qızı ilə bağlı baş verən məlum hadisə ilə bağlı danışarkən deyib.

“Keçən ay keçmiş baldızlarım və onların ərləri hücum edərək məni döydülər. Bununla bağlı dekabrın 22-də Baş Prokurorluğa və Ədliyyə Nazirliyinə müraciət etmişəm. Bundan sonra yanvarın 7-də sosial şəbəkələrdə yayılan həmin videoçəkiliş İnternet portallarına yerləşdirilib”- deyə, Ə.Bayramov bildirib.

Uzun müddət qızı ilə maraqlanmaması ilə bağlı suala cavab olaraq o, qızı ilə əlaqə saxlamağa çalışdığını, lakin qızının xalası Mehriban Eldarova tərəfindən buna imkan verilmədiyini deyib.

Nurayın atası qarşı tərəfə aliment ödəməməsi ilə bağlı iddialarla da razılaşmayaraq bunun əksini sübut edən sənədi tamaşaçılara təqdim edib.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda 10 yaşlı Nurayın xalasından alınaraq atasına verilməsi zamanı uşaq məhkəmə icraçıları tərəfindən açıq zorakılıqla üzləşib.

Mövzu ilə əlaqədar:

Nurayın atası: “Uşaq məndən imtina etdi”

10 yaşlı Nurayın hadisəsi ilə bağlı Komissiya yaradıldı 

Ombudsman Aparatı: “Nuray Bayramzadə ilə bağlı məhkəmə qərarının icrası zamanı qanunvericilik aktlarının tələbləri pozulub”

Ədliyyə Nazirliyi Nurayın hadisəsi ilə bağlı məlumat yaydı: “Qanunamüvafiq tədbirlər görüləcək”

İşçi Komissiya Qubada 10 yaşlı Nurayla görüşüb

Dövlət Komitəsi: Nuray Bayramzadə baş verənlərdən ağır stress keçirib

Nurayın xalası məhkəməyə müraciət edib

1news.az

Paylaş:
550

Son xəbərlər

Bütün xəbərlər