Türk Hava Yolları 277 reysi ləğv edib | 1news.az | Xəbərlər
Dünya

Türk Hava Yolları 277 reysi ləğv edib

18:35 - 09 / 01 / 2017
Türk Hava Yolları 277 reysi ləğv edib

İstanbulda yağan güclü qar bır sıra çətinliklər yaradıb.

Yolların qardan təmizlənməsi istiqamətində işlər davam etdirilir. Əsas yollarda nəqliyyatın hərəkəti üçün ciddi problemlər olmasa da, bəzi duz səpilməmiş küçələrdə avtomobillərin hərəkətində çətinliklər yaranır.

Məhdud görmə şəraiti səbəbindən İstanbul Boğazında hər iki istiqamətdə gəmilərin hərəkəti dayandırılıb.

Türk Hava Yolları isə yağan güclü qar səbəbi ilə Atatürk və Sabiha Gökçen hava limanlarından reallaşdıracağı 277 daxili və xarici reysi ləğv edib. Pegasus Hava Yolları da reallaşdırılması planlaşdırılan 74 daxili və xarici reysi təxirə salıb.

Həmçinin İstanbul dəniz avtobuslarının hərəkəti də dayandırılıb.

Qeyd edilir ki, 834 evsiz vətəndaş şaxtalı hava şəraiti ilə əlaqədar Zeytinburnu İdman Kompleksində müvəqqəti olaraq yerləşdiriliblər.

Anadolu

Paylaş:
837

Son xəbərlər

İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblərBu gün, 13:49Audiovizual Şuranın, MEDİA Agentliyinin və AzərTAC-ın rəhbərləri Mərakeş Krallığında işgüzar səfərdədir - FOTOBu gün, 13:42“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!Bu gün, 12:55Sabahın hava proqnozuBu gün, 12:40Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 12:36Qazaxda əmək hüquqlarını pozan şirkət 20 min manat cərimələndiBu gün, 12:26FHN Tovuzda qazdoldurma məntəqələrinin istismarını dayandırıb - FOTOBu gün, 12:13Əli Əsədov Efiopiya Baş nazirinin müavini ilə görüşübBu gün, 12:01Bakıda itkin düşən iki nəfər tapılıbBu gün, 11:59Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublarBu gün, 11:43FHN: Ötən sutka 14 yanğına çıxış olubBu gün, 11:37Küçələrdə dilənçilik edən 342 uşaq aşkarlanıbBu gün, 11:25Belarus Prezidenti Füzuli rayonuna səfər edibBu gün, 11:23Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşübBu gün, 11:15Azərbaycan Bəstəkarlar İttifaqının və MHUİB-nin üzvü, bəstəkar İlham Azmanlının 60 illiyi qeyd olundu - FOTOBu gün, 11:04Axtarışda olan şəxs hava limanında saxlanılıbBu gün, 10:52Bakıda qadın əri və oğlu tərəfindən döyülübBu gün, 10:48Dünya fond bazarlarının əsas indeks göstəriciləriBu gün, 10:36Keçən il sosial şəbəkələr vasitəsilə insan alverinin qurbanına çevrilən insanların sayı açıqlanıbBu gün, 10:28Ötən il 47 nəfər əmək müqaviləsi olmadan tikintidə işə cəlb edilibBu gün, 10:23
Bütün xəbərlər