Həyəcan yaşamaq istədi, görün nələr etdi?
Türkiyənin İzmir şəhərində qəribə hadisə baş verib.
1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, son zamanlar Türkiyədə baş verən terror hadisələrindən “əyləncə” kimi istifadə edənlər də var.
Belə ki, 23 yaşlı E.T polisin “155” qaynar xəttinə zəng vuraraq müxtəlif yerlərə bomba qoyulması barədə xəbərdarlıq edib. Eyni hal 10 dəfəyə yaxın təkrarlanıb.
Həmin şəxs sonuncu dəfə polisə zəng edərək öz avtomobilinin nömrəsini polisə verib, özünün terrorçu olduğunu söyləyib və bomba qoyulduğunu deyib. Həyəcan siqnalından sonra polis geniş axtarış aparıb və həmin maşını tapıb. Lakin yenə bomba tapılmayıb. Yalan məlumatlarla polisin işinə mane olan və əhali arasında təşviş yaradan həmin şəxs polis tərəfindən saxlanılıb.
Özünü polisə tutduran E.T həyəcan yaşamaq üçün belə etdiyini deyib.
Maraqlısı budur ki, həmin şəxs ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.
Fərid Ədalət