Gənc Əkinçi Akademiyası yenidən başlayır | 1news.az | Xəbərlər
Cəmiyyət

Gənc Əkinçi Akademiyası yenidən başlayır

15:20 - 10 / 01 / 2017
Gənc Əkinçi Akademiyası yenidən başlayır

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “İRƏLİ” İctimai Birliyi tərəfindən “Gənc Əkinçi” Akademiyası II dəfə 2017-ci ildə öz işinə start verir.

Təşkilatdan 1news.az-a verilən məlumata görə, 2015-ci ildə İsmayıllı rayonunda baş tutmuş layihənin davamı olaraq Quba rayonunda reallaşdırılacaq “Gənc Əkinçi-2” gənc jurnalistlər üçün peşəkarlıq dərəcələrinin artırılması, yeni əlaqələrin qurulması, o cümlədən asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaradacaq.

Layihənin əsas hədəflərindən biri də Milli mətbuatımızın ilk nümunəsi olan tarixi “Əkinçi” qəzetinin yaşadılması və gənclər arasında təbliğidir.

“Gənc Əkinçi” 2015-ci ilin iyul ayının 22-də, 4000 tirajda Gənc Əkinçi qəzetinin ilk nömrəsi çapdan çıxdı və bu Milli mətbuat günümüzdə reallaşdı. Layihənin davamı olaraq həyata keçiriləcək akademiyada formalaşan yeni gənc jurnalistlər komandası tərəfindən “Gənc Əkinçi” qəzetinin növbəti nəşrlərinin çap olunmasını planlaşdırılır.

Layihə çərçivəsində “Azad İradəli Əkinçi”, “Natiqlik və nitq mədəniyyəti”, “Araşdırma jurnalistikası”, “Münaqişə tərəfi Azərbaycan”, “KİV-də texnikanın rolu”, “Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənc jurnalistlərin rolu”, “Sosial media və ya ənənəvi media” kimi mövzularda təlim və seminarlar, eyni zamanda praktiki məşğələlər, simulyasiya oyunları keçiriləcək.

1news.az

Paylaş:
758

Son xəbərlər

Qarabağ şəhidlərinin xatirəsinə ithaf olunmuş “Atamın kölgəsində” filmi təqdim edilib - FOTOBu gün, 11:31Prime Cotton: Azərbaycanın pambıq sənayesində yeni ad - FOTO09 / 11 / 2024, 21:49Bakıda itkinlərlə bağlı beynəlxalq konfransın yekun bəyanatı BMT sənədi kimi yayıldı09 / 11 / 2024, 17:46Azərbaycan XİN Pakistana başsağlığı verdi09 / 11 / 2024, 17:34MM: “Global Witness” təşkilatı COP29-la bağlı beynəlxalq ictimaiyyəti aldatmağa yönələn məlumatlar paylaşıb09 / 11 / 2024, 17:06AZAL Bakıdan Maldiv adalarına ilk uçuşunu həyata keçirib - FOTO09 / 11 / 2024, 16:43Könül Nurullayeva: “COP29 uğurlu təcrübə kimi tarixə düşəcək”09 / 11 / 2024, 16:32Baham adalarının Baş naziri Azərbaycana səfərə gəlib09 / 11 / 2024, 16:21COP29 tədbir məkanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına təhvil verilib09 / 11 / 2024, 16:08Ərdoğandan Bayraq Günü münasibəti ilə Azərbaycan xalqına TƏBRİK09 / 11 / 2024, 15:38Filarmoniyada Zəfər Gününə hər olunan konsert keçirilib09 / 11 / 2024, 15:37Bakıda metropolitençi övladlarının rəsm sərgisi keçirilir09 / 11 / 2024, 15:14Nazirliyin tabeliyindəki kollec və peşə məktəblərinin siyahısında dəyişiklik edilib09 / 11 / 2024, 15:03ADY fövqəladə hallara hazırlıqla bağlı növbəti təxliyə təlimi keçirib09 / 11 / 2024, 13:51Azərbaycan müdafiə naziri Qazaxıstan tərəfinə başsağlığı verib09 / 11 / 2024, 13:27İçərişəhərdə və Qalada COP29 zamanı ziyarətçiləri nələr gözləyir?09 / 11 / 2024, 13:16Sabah hava necə olacaq? - Proqnoz09 / 11 / 2024, 12:59İcma: Dövlət bayrağına ehtiramın ən ali ifadəsi ölkənin ərazi bütövlüyünün bərpasıdır09 / 11 / 2024, 12:33ICESCO-nun Baş direktoru Azərbaycana səfərə gəlib09 / 11 / 2024, 12:28Türkiyə XİN Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib09 / 11 / 2024, 11:54
Bütün xəbərlər