“Apple” şirkəti yazda öz yeniliklərini təqdim edəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Apple” şirkəti yazda öz yeniliklərini təqdim edəcək

16:25 - 10 / 01 / 2017
“Apple” şirkəti yazda öz yeniliklərini təqdim edəcək

“KGI Securities” şirkətinin tanınmış analitiki Min-Çi Kuonun “9to5Mac” nəşri üçün yeni proqnozuna əsasən, “Apple” şirkəti cari ilin yazında üç yeni “iPad” modeli təqdim etməyi və planşetlərinin azalan satış həcmini xilas etməyi planlaşdırır.

1news.az ICTnews-a istinadən xəbər verir ki, analitik Min-Çi Kuonun proqnozları əksər hallarda özünü doğruldur.

Onun fikrincə, 12.9 düymlük “iPad” modeli “A10X” prosessoru ilə işləyən “iPad Pro” modelinin ikinci nəslidir.

9.7 düymlük “iPad” modeli ilk dəfə 2015-ci ildə “iPhone 6S” və “6S Plus” smartfonlarında tətbiq edilmiş “A9” prosessoru ilə təchiz ediləcək.

Nəhayət, 10-10.5 düymlük diaqonala malik “high-end” sinfinə məxsus  model tamamilə yeni dizaynda təqdim ediləcək. Bu model, həmçinin “A10X” prosessoru ilə təchiz ediləcək.

Min-Çi Kuonun yeni proqnozuna əsasən, cari ildə “iPad” planşetlərinin satış həcmi azalaraq 35-37 milyon təşkil edəcək.

1news.az

Paylaş:
498

Son xəbərlər

Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 08:59FHN “Ağ çiçəyim”də baş verən yanğınla bağlı məlumat yaydı: Məhdudlaşdırılıb - VİDEOBu gün, 01:06Azadlıq prospektindəki yanğınla bağlı daha bir küçədə hərəkət məhdudlaşdırılıb - YENİLƏNİBBu gün, 00:22Əfv Məsələləri komissiyasının iclasında 100-dən çox müraciətə baxıldı15 / 05 / 2024, 17:54“Bakı Metropoliteni” sosial mediada yayılan videogörüntülərə aydınlıq gətirib15 / 05 / 2024, 17:48Azərbaycan və Belarus antiinhisar orqanları təcrübə mübadiləsi aparacaq15 / 05 / 2024, 17:34Avropa Parlamentinin deputatı Şuşada olub15 / 05 / 2024, 17:29Audiovizual Şura BDU-nun tələbələri üçün növbəti seminar təşkil edib15 / 05 / 2024, 17:19Araik Arutyunyan və digər erməni separatçıların həbs müddəti uzadılıb15 / 05 / 2024, 17:01Sabah Bakıda yol qovşağında təmir işlərinə başlanılacaq15 / 05 / 2024, 16:42Narkotik vasitənin təsiri altında inzibati məsuliyyətdən yayınmağa çalışan sürücü həbs edilib15 / 05 / 2024, 16:18Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır15 / 05 / 2024, 16:17Baş direktor “IDEB 2024” sərgisində iştirak edir15 / 05 / 2024, 15:44Samir Nuriyev Belarus Baş nazirinin müavini ilə görüşüb15 / 05 / 2024, 15:35Penitensiar xidmət və DİN birgə əməliyyat keçirib, silahlar aşkarlanıb15 / 05 / 2024, 15:32AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib15 / 05 / 2024, 15:03ABB-nin Suraxanı filialı da yeniləndi!15 / 05 / 2024, 14:26Azərbaycan Özbəkistanla seysmologiya sahəsində təcrübə mübadiləsi aparacaq15 / 05 / 2024, 14:18Xocalıda Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına həsr olunan tədbir keçirilir15 / 05 / 2024, 14:11Səkkiz Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilib15 / 05 / 2024, 13:36
Bütün xəbərlər