Əl-Cəzirə telekanalı Qarabağ atlarına həsr olunan reportaj yayımlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Əl-Cəzirə telekanalı Qarabağ atlarına həsr olunan reportaj yayımlayıb

23:04 - 10 / 01 / 2017
Əl-Cəzirə telekanalı Qarabağ atlarına həsr olunan reportaj yayımlayıb

Əl-Cəzirə telekanalının Azərbaycanla bağlı silsilə reportajlarının növbətisi Qarabağ atlarına həsr olunub.

1news.az Azərtac-a istinadən xəbər verir ki, reportajda dünyada tayı-bərabəri olmayan Qarabağ atları haqqında ətraflı məlumat verilir.

Bildirilir ki, Günəş şüaları altında parıldayan qızılı-narıncı, açıq və tünd qonur rəngli bu atlar ekstremal şoularda xüsusilə seçilirlər. Onların əsas üstünlükləri dözümlülük və dağa çıxmaqda böyük məharətli olmalarıdır. Bu atlar, həmçinin öz həssaslıqları, sahiblərinə sədaqətli olmaları ilə fərqlənirlər.

Azərbaycan Respublikası Atçılıq Federasiyasının baş katibi Bəhruz Nəbiyev Əl-Cəzirə telekanalının müxbirinə müsahibəsində Qarabağ atlarının xüsusiyyətləri barədə danışır. O deyir ki, bu növ atlar başqa məşhur at cinsləri ilə müqayisədə ortaboylu olsalar da, keçilməz dağlıq ərazilərdə uzun müddət yol qət edə bildikləri üçün ən yaxşı atlardır.

Reportajda diqqətə çatdırılır ki, Azərbaycan hökuməti bu at cinsinin və onun genetik fondunun qorunması üçün dövlət proqramı həyata keçirir.

Çövkən oyunu üzrə məşqçi və hakim Namiq Orucov bildirir ki, Qarabağ atları Azərbaycanda keçirilən yarışlarda mühüm rol oynayır. Bu yarışların ən məşhurlarından biri çövkən oyunudur. O deyir ki, nəsildən-nəslə keçərək əcdadlarımızdan bizə gəlib çatan çövkən oyunu yalnız Qarabağ və Dilbaz atları ilə oynanılır.

Müəllif vurğulayır ki, Azərbaycanda çövkən oyunu ilə bağlı ildə bir neçə dəfə milli çempionatlar keçirilir. Bu, həm rəsmi səviyyədə, həm də xalq tərəfindən maraqla qarşılanır.

Reportajda, həmçinin Gülnaz adlı atüstü oyunlar üzrə idmançı ilə müsahibəyə yer verilir. İxtisasca neft mühəndisi olan Gülnaz Qarabağ atlarına sevgisi səbəbindən iş yerini tərk edərək özünü bu cinsin qorunması, xarakterik xüsusiyyətlərinin dünyada tanıdılması işinə həsr edib. O, deyir ki, indiyədək dünyanın bir neçə müxtəlif at cinsi ilə işləyib. Lakin Qarabağ atı qədər onu özünə çəkən və rəğbətini qazanan at olmayıb.

1news.az

Paylaş:
410

Son xəbərlər

Ali Məhkəmənin sədri Qırğızıstanda səfərdə olubBu gün, 17:37Azərbaycan Səudiyyə İnkişaf Fondu ilə əlaqələri genişləndirmək istəyirBu gün, 17:29“Youtube” şirkətinin həmtəsisçisi Bakıda sammitdə iştirak edəcəkBu gün, 17:16İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edibBu gün, 17:09Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyasının yaradılması müzakirə olunduBu gün, 16:40Bakının Ələsgər Qayıbov küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaqBu gün, 16:27Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olubBu gün, 16:21QAİ ABŞ Konqresində keçirilmiş dinləmələrdə ölkəmizin əleyhinə səsləndirilən ittihamlarla bağlı bəyanat yaydıBu gün, 15:58“İnstagram”da qumarla kibercinayətkarlıq edən şəbəkə ifşa olunub, 9 nəfər tutulub - FOTOBu gün, 15:33Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 2Bu gün, 15:22Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın Dövlət Suverenliyi gününü təbrik edibBu gün, 15:08Bakıda azyaşlıya qarşı zorakılıq edən şəxs işdən çıxarıldı - VİDEOBu gün, 14:58Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmovla vida mərasimi keçirilibBu gün, 14:55Səhiyyə Nazirliyi Zəngilanda ağciyər xəstəliklərinin erkən aşkarlanması ilə bağlı tibbi baxışlar keçiribBu gün, 14:34Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Səfəralı Səfərov dəfn edilibBu gün, 14:25Sükan arxasında yuxusuzluq növbəti dəfə faciəvi sonluqla bitdiBu gün, 14:23Cahit Bağçı Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edibBu gün, 14:01Xəzərdə balıq ovu qaydalarını pozan şəxslər saxlanılıbBu gün, 13:45Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdürBu gün, 13:31Mədəniyyət Nazirliyində türkiyəli kino təhsili mütəxəssisləri ilə görüş keçirilibBu gün, 13:29
Bütün xəbərlər