Mosulun İŞİD-dən azad olunması uğrunda əməliyyatlar davam edir | 1news.az | Xəbərlər
Dünya

Mosulun İŞİD-dən azad olunması uğrunda əməliyyatlar davam edir

20:46 - 11 / 01 / 2017
Mosulun İŞİD-dən azad olunması uğrunda əməliyyatlar davam edir

İraqın hökumət qüvvələri Mosulun şərq hissəsinin 80 faizinin nəzarətini ələ keçirib, bu barədə əməliyyat komandanlığının nümayəndəsi Sabah ən-Numan bildirib.

İraqın şimalında yerləşən Mosul şəhərinin İŞİD terror qruplaşmasından azad olunması uğrunda əməliyyatlar 2016-cı ilin oktyabr ayından davam edir. Qruplaşma Mosulun şərqindəki rayonların əksəriyyətindən geri çəkilməyə məcbur olsa da, Dəclə çayının digər sahilində yerləşən qərb hissəsi yaraqlıların əlindədir.

Yanvarın 11-də hökumət qüvvələrinin hərbi komandanlığı hücumun davam etdiyi və Əl-Maliyə rayonunun ələ keçirildiyi barədə məlumat yayıb.

RİA Novosti

Paylaş:
578

Son xəbərlər

Bütün xəbərlər