ABŞ-da naməlum şəxs 8 bank əməkdaşını girov götürüb | 1news.az | Xəbərlər
Dünya

ABŞ-da naməlum şəxs 8 bank əməkdaşını girov götürüb

09:37 - 11 / 01 / 2017
ABŞ-da naməlum şəxs 8 bank əməkdaşını girov götürüb

ABŞ-ın Alabama ştatının Taskalusa şəhərində naməlum şəxs kredit kooperativində (bank müəssisəsi) girovlar götürüb.

Hadisə ilə əlaqədar Alabama Universitetinin yaxınlıqda yerləşən kampusu bağlanıb.

Şəhər polisinin nümayəndəsi Tina Riçardson CBS telekanalına bildirib ki, azı bir nəfər silahlı şəxs yerli vaxtla saat 8:30-da, müəssisə açılmazdan əvvəl kooperativin binasına girib. İlkin məlumata görə, o, qarət etməyi planlaşdırıb.

Son məlumata görə, polis 8 nəfəri girov götürməkdə şübhəli bilinən şəxsi həbs edib.

Fox News

Paylaş:
708

Son xəbərlər

Bütün xəbərlər