Siyəzən və Xızının təbii qazla təchizatında məhdudiyyətlər olacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Siyəzən və Xızının təbii qazla təchizatında məhdudiyyətlər olacaq

09:46 - 11 / 01 / 2017
Siyəzən və Xızının təbii qazla təchizatında məhdudiyyətlər olacaq

Bu gün saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Siyəzən Magistral qaz kəmərləri sahəsinin “Yaşma” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

1news.az-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, aparılan işlərin Siyəzən və Xızı rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

1news.az

Paylaş:
1387

Son xəbərlər

Bütün xəbərlər