BMW Bank Telman İsmayılovun oğlunun müflis elan olunmasını tələb edir
Rusiyada fəaliyyət göstərən BMW Bank məhkəməyə müraciət edərək Rusiya Dövlət Dumasının sabiq üzvü Aleksey Mitrofanovun və azərbaycanlı iş adamı Telman İsmayılovun oğlu Ələkbər İsmayılovun müflis elan olunmasını tələb edib.
BMW Bank-ın rəsmisi də şərh verməkdən imtina edib.
Dövlət Dumasının saytında dərc edilib ki, 2011-ci ilin sonuna A. Mitrofanovun BMW-X6 və BMW-750Li avtomobilləri var. 2015-ci ilin sonuna isə sabiq deputatın yalnız BMW-750Li markalı maşını qalıb.
Ə. İsmayılova "AST Trans Market" şirkətinin səhmlərinin 31,7%-i, bir o qədəri onun qardaşı Sərxana, qalan hissəsi isə xalası oğlu Zaur Mərdanova məxsusdur.
Xatırladaq ki, 2016-cı ilin avqust ayının sonunda Moskvanın arbitraj məhkəməsi Rusiyanın başqa bankı "BM-Bank"ın iddiasına əsasən Telman İsmayılovu müflis elan edib.