Parlamentin nümayəndə heyəti İranın sabiq prezidentinin dəfn mərasimində iştirak edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Parlamentin nümayəndə heyəti İranın sabiq prezidentinin dəfn mərasimində iştirak edib

10:32 - 11 / 01 / 2017
Parlamentin nümayəndə heyəti İranın sabiq prezidentinin dəfn mərasimində iştirak edib

Milli Məclisin nümayəndə heyəti İranın sabiq prezidenti Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar mərasimlərdə iştirak ediblər.

1news.az-a Milli Məclisin mətbuat xidmətindən verilən xəbərə görə, nümayəndə heyətinə Parlament Sədrinin birinci müavini Ziyafət Əsgərov, parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, deputatlardan Nəriman Əliyev, Şəmsəddin Hacıyev, Hüseynbala Mirələmov, Aydın Mirzəzadə daxildir.

Səfər yanvarın 12-də başa çatacaq.

1news.az

Paylaş:
524

Son xəbərlər

Bütün xəbərlər