ATƏT qoşunların qarşıdurma xəttində növbəti monitorinqini keçirəcək | 1news.az | Xəbərlər
Siyasət

ATƏT qoşunların qarşıdurma xəttində növbəti monitorinqini keçirəcək

10:57 - 11 / 01 / 2017
ATƏT qoşunların qarşıdurma xəttində növbəti monitorinqini keçirəcək

ATƏT sabah Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqini keçirəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 12-də Füzuli rayonunun Aşağı Veysəlli kəndi istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfindən şəxsi nümayəndənin səhra köməkçiləri Xristo Xristov, Saymon Tiller və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) nümayəndəsi mayor Cavit Elyas keçirəcəklər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndənin səhra köməkçisi Piter Şvedberq və YSPQ-in rəhbəri polkovnik Hans Lampalzer keçirəcəklər.

1news.az

Paylaş:
655

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər