Obamanın vida nitqi və göz yaşları – FOTOREPORTAJ | 1news.az | Xəbərlər
Dünya

Obamanın vida nitqi və göz yaşları – FOTOREPORTAJ

11:42 - 11 / 01 / 2017
Obamanın vida nitqi və göz yaşları – FOTOREPORTAJ

ABŞ-ın 44-cü prezidenti Barak Obama əsası ilk sələfi Corc Vaşinqton tərəfindən qoyulmuş ənənəyə sadiq qalaraq vida nitqi ilə ölkəsinə müraciət edib.

Obama prezident olaraq vida nitqini ondan əvvəlki sələfləri kimi Ağ Evdə deyil, 2008-ci ilin noyabrında keçirilmiş seçkilərdən sonra komandası ilə birlikdə qələbəsini qeyd etdiyi ABŞ-ın Çikaqoda yerləşən ən iri konqres-mərkəzlərindən birində söyləyib.

Prezident səhnəyə U2 qrupunun City of blinding lights (Şəhərin gözqamaşdırıcı işıqları) sədaları altında çıxıb. Dövlət başçısını həyat yoldaşı Mişel və böyük qızı Maliya müşayiət edib.

Barak Obama Ağ Evi yanvarın 20-də tərk edəcək. Elə həmin gün ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın inaqurasiya mərasimi baş tutacaq.

Paylaş:
1179

Son xəbərlər

Bütün xəbərlər