“Əmlakın qeydiyyatı kalkulyatoru” istifadəyə verilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Əmlakın qeydiyyatı kalkulyatoru” istifadəyə verilib – FOTO

23:01 - 12 / 01 / 2017
“Əmlakın qeydiyyatı kalkulyatoru” istifadəyə verilib – FOTO

Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı və əmlakla bağlı xidmətlər sahəsində daha bir yenilik - Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi internet səhifəsində (emdk.gov.az) ilk dəfə olaraq “Əmlakın qeydiyyatı kalkulyatoru” istifadəyə verilib. İndi ölkə vətəndaşları, fiziki və hüquqi şəxslər əmlakla bağlı qeydiyyat xidmətlərinə dair dövlət rüsumu və xidmət haqqını onlayn qaydada hesablaya biləcəklər.

1news.az-ın məlumatına görə, bununla bağlı komitə tərəfindən yanvarın 12-də qeyri hökumət və daşınmaz əmlak sahəsində fəaliyyət göstərən ictimai təşkilatların iştirakı ilə təqdimat keçirilib.

Tədbirdə çıxış edən komitənin sədr müavini Rafiq Cəlilov bildirib ki, Prezident İlham Əliyevin Fərman və tapşırıqlarına əsasən, əmlakın qeydiyyatı sisteminin sadələşdirilməsi, sosial innovasiyaların tətbiqi və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində daim yeniliklər edilir. Bildirilib ki, “Əmlakın qeydiyyatı kalkulyatoru”nun təqdimatına həsr olunmuş bu tədbir də belə yeniliklərin davamıdır. Bu mühüm addımın qeydiyyat xidmətlərində şəffaflığın və maarifləndirmənin daha da artırılması və rahatlığın maksimum təmin edilməsi məqsədini daşıdığı nəzərə çatdırılıb.

Qeyd edilib ki, “Əmlakın qeydiyyatı kalkulyatoru” sayəsində vətəndaşlar onlara məxsus daşınmaz əmlakların sənədləşdirilməsi prosesində dövlət rüsumu və xidmət haqqı barədə elektron qaydada, əvvəlcədən məlumat ala biləcəklər. Bu isə öz növbəsində daşınmaz əmlakın dövlət qeydiyyatı sahəsində göstərilən xidmətlərin daha da sadələşməsi deməkdir. Vətəndaşlar sənədləşdirmə üçün zəruri rüsum və xidmət haqqını öncədən öyrənməklə vaxtlarına qənaət edəcək. Məbləğin əvvəlcədən dəqiq bilinməsi istifadəçilərə özləri üçün ən optimal variantı seçməsini və sənədləşdirməyə başlayıb-başlamamaqla bağlı istədiyi qərarı verməsini təmin edir. Bu yenilik vətəndaşa rahat və operativ qaydada əmlakına çıxarış almağa, habelə əmlakla bağlı digər hüquqi əməliyyatları aparmağa daha rasional imkanlar yaradır.

Qeyd edilib ki, indiyədək aparılan islahatlar və tətbiq edilən yeniliklər sayəsində əmlakın qeydiyyatı qat-qat sadələşib. Hazırda tətbiq olunan "bir pəncərə" prinsipi sayəsində fiziki və hüquqi şəxslər öz əmlaklarını yalnız bir ünvana – Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməklə rahatlıqla sənədləşdirirlər. Digər sosial tədbirlər sırasında komitənin “Kütləvi çıxarış” kampaniyası və mobil ofis xidmətləri xüsusilə vurğulanıb. Bu xidmətlər sayəsində hətta ən ucqar kəndlərdə, qəsəbələrdə belə qeydiyyat xidmətləri vətəndaşlara əlçatan olub. Vətəndaşlara məxsus çoxsaylı mənzillər, fərdi yaşayış evləri, torpaq sahələri respublika üzrə müntəzəm keçirilən belə kampaniyalar çərçivəsində sənədləşdirilir.

Qeyd edək ki, indiyədək görülən tədbirlər nəticəsində Azərbaycan daşınmaz əmlakın qeydiyyatının sadəliyinə görə, dünyada ön sıralarda dayanır. Bunu hər il dərc olunan “Doing Business” beynəlxalq hesabatının reytinq göstəriciləri də təsdiq edir. Ölkəmizdə əmlakın qeydiyyatı dünyanın inkişaf etmiş ölkələrinin bir çoxundan sadə, rahat və operativdir, qeydiyyat prosesinə daha az prosedur və müddət sərf edilir. Nəticədə əhalinin əmlakın qeydiyyatına marağı artmaqda, ölkədə qeydiyyata alınmış əmlakların sayı yüksəlməkdədir.

Tədbirdə “Əmlakın qeydiyyatı kalkulyatoru”ndan istifadə qaydaları, üstünlükləri və faydaları barədə təqdimat olub və əyani nümayiş etdirilib. Qeyd edilib ki, yeni funksiya komitənin daşınmaz əmlakın qeydiyyatı ilə bağlı göstərdiyi bütün xidmətlərini əhatə edir. “Əmlakın qeydiyyatı kalkulyatoru” sadə və məntiqi tərtib edildiyindən ondan istifadə qaydaları çox sadə və anlaşılandır. Bura mənzilin, fərdi evin, torpaq sahələrinin qeydiyyatı ilə bağlı çıxarışın alınması, texniki pasportun əldə edilməsi, əmlakla bağlı sadə və məhdudlaşdırıcı arayışlar, əmlakın qabaqcadan qeydiyyatı, yüklülükdən azadetmə, daşınmaz əmlaka ünvan təyin edilməsi, ünvan məlumatlarının verilməsi xidmətləri aiddir. Belə ki, daşınmaz əmlakların ilkin qeydiyyatı, alqı-satqısı, bağışlanma, dublikatın verilməsi, texniki pasportların və plan ölçülərin alınması zamanı tələb olunan dövlət rüsumu və xidmət haqqı elektron qaydada hesablanır. Hesablanmadan əvvəl istifadəçi əmlakın yerləşməsi və sahəsini də qeyd edir və bu xüsusiyyətlər də nəzərə alınmaqla yekun rəqəm göstərilir. Eyni zamanda, bütün əməliyyatların vətəndaşın istəyindən asılı olaraq tezləşmə qaydası ilə aparılması, sənədlərin hazırlanması ilə bağlı da hesablama imkanları var. İstifadəçilər kalkulyatordan maraqlandıqları xidməti, əmlaklarının olduğu şəhər və rayonu, eləcə də xidmətin hansı müddətə göstərilməsini seçərək ödəyəcəkləri dövlət rüsumu və xidmət haqqını dəqiq bilir.

Bu yenilik qeydiyyat prosesinin daha yaxşı planlaşdırılmasına, daşınmaz əmlakın qeydiyyatı və digər xidmətlərin daha əlçatan və sadə olmasına imkan verəcək və əhalini əmlakını sənədləşdirməyə həvəsləndirəcək.

Əmlak Məsələləri Dövlət Komitəsi qeydiyyat prosesinin daha da sadələşməsi, bu xidmətlərin vətəndaşlar üçün daha əlçatan olması məqsədilə islahatları davam etdirəcək.

1news.az

Paylaş:
636

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər