ABŞ-da şəhərin meri yanan binadan qızı xilas edib
ABŞ-ın Nyu-Cersi ştatında yerləşən şəhərciyin meri yanğınsöndürənlər gələnə qədər yanan binadan qızı xilas edib. Bu barədə NBC telekanlı məlumat yayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, insident əhalisinin sayı 6 min nəfər olan Polsboro şəhərciyində baş verib. Şəhərciyin meri Heri Stivenson dəfn mərasimindən piyada evinə qayıdırmış. Keçmişdə yanğınsöndürən işləyən Stivenson yanan evi gördükdə xilasedicilərin gəlməsini gözləmədən özünü oda ataraq, yatan qız uşağını binadan çıxarıb.
Hadisə yerinə gələn yanğınsöndürənlər alovu söndürüb. Yanğın nəticəsində heç kim xəsarət almayıb.
“Mən özümü əsla qəhrəman hesab etmirəm. Mən mer postunda işləyən adi vətəndaşam”, - deyə Stivenson bildirib.
AZƏRTAC