Donald Tramp Rusiyaya qarşı sanksiyaların ləğvi üçün şərtini açıqlayıb | 1news.az | Xəbərlər
Dünya

Donald Tramp Rusiyaya qarşı sanksiyaların ləğvi üçün şərtini açıqlayıb

12:58 - 14 / 01 / 2017
Donald Tramp Rusiyaya qarşı sanksiyaların ləğvi üçün şərtini açıqlayıb

ABŞ-ın yeni prezidenti Rusiyaya qarşı sanksiyaları müəyyən vaxtadək saxlamaq niyyətindədir.

1news.az “Report”a istinadən xəbər verir ki, bunu Donald Tramp "The Wall Street Journal"a müsahibəsində bildirib.

Onun sözlərinə görə, rəsmi Moskva terrorla mübarizədə, eləcə də Vaşinqton üçün mühüm olan digər məqsədlərin əldə olunmasında öz faydasını təsdiqlədiyi təqdirdə sanksiyalar ləğv edilə bilər: "Əgər Rusiya ilə yola gediriksə və bu ölkə həqiqətən də bizə kömək edirsə, niyə görə sanksiyalar qüvvədə qalmalıdır".

Hətta D.Tramp yanvarın 20-də baş tutacaq andiçmə mərasimindən sonra rusiyalı həmkarı Vladimir Putinlə görüşə biləcəyini də mümkün sayır.

1news.az

Paylaş:
610

Son xəbərlər

Bütün xəbərlər