“WhatsApp”da yeni boşluq aşkar edilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

“WhatsApp”da yeni boşluq aşkar edilib

16:23 - 14 / 01 / 2017
“WhatsApp”da yeni boşluq aşkar edilib

Ötən ilin aprelində populyar “WhatsApp” messencerinin tərtibatçıları bütün istifadəçilər üçün “end-to-end” şifrləməsini aktivləşdiriblər və bunun sayəsində mesajlar yalnız yazışma iştirakçılarına əlçatandır. Amma xidmətdə istifadəçilərin mesajlarını ələ keçirməyə imkan verən kritik boşluq aşkarlanıb.

1news.az ICTnews-a istinadən xəbər verir ki, kaliforniya universitetinin kriptoqrafiya və təhlükəsizlik sahəsi üzrə mütəxəssisi Berkli Tobias Bolter bu boşluğu müəyyən edib.

O, “WhatsApp” messencerinin şifrələmə texnologiyasını öyrənib və şifrləmə açarlarının generasiyası alqoritmində tapdığı boşluq yazışmaları oxumağa imkan verir.

“WhatsApp” messencerində hər bir istifadəçiyə onun telefon nömrəsinə bağlanmış unikal şifrləmə açarı təyin edilir. Buna görə istifadəçi öz hesabı ilə yalnız bir qurğudan yazışa bilər. Amma Tobias Bolter aşkar edib ki, “WhatsApp” oflaynda olan istifadəçilər üçün yeni şifrləmə açarları yaradır. Bu səbəbdən mesaj göndərənin qurğusu təkrar şifrləmə həyata keçirir və yeni açardan istifadəyə əsaslanan “çatdırılmış” kimi nişanlanmamış mesaj göndərir. Bu halda qəbul edən şifrləmə açarının dəyişdirilməsindən xəbərsiz olur.

Tobias Bolter əmindir ki, şifrləmə açarının dəyişildiyi an “WhatsApp” messencerinin yaradıcıları istifadəçilərin mesajlarını ələ keçirə və oxuya bilərlər.

1news.az

Paylaş:
910

Son xəbərlər

Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36Azərbaycanda 4 universitet akkreditasiya edilib - ADLARBu gün, 10:30Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 10:28Əlilliyi olan 33 min uşağa reabilitasiya xidmətləri göstərilibBu gün, 10:13Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıbBu gün, 10:11Ötən gün cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıbBu gün, 10:00Əmtəə bazarlarında qızılın və gümüşün qiyməti artıbBu gün, 09:57Mirasda məcburi payın həcmi necə müəyyən edilməlidir? – Ali Məhkəmədən yeni qərarBu gün, 09:47Bakıda daha bir yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir - FOTOBu gün, 09:42
Bütün xəbərlər