“Youth Inc.” Bakıda ilk dəfə keçiriləcək “Davosa Doğru: Bakı” forumunun tərəfdaşıdır | 1news.az | Xəbərlər
Cəmiyyət

“Youth Inc.” Bakıda ilk dəfə keçiriləcək “Davosa Doğru: Bakı” forumunun tərəfdaşıdır

17:01 - 14 / 01 / 2017
“Youth Inc.” Bakıda ilk dəfə keçiriləcək “Davosa Doğru: Bakı” forumunun tərəfdaşıdır

“Youth Inc.” Gənclərin Sahibkarlıq proqramı Azərbaycanda yanvarın 17-də başlayacaq ilk  “Davosa doğru: Bakı” forumunun tərəfdaşıdır. “Global Shapers: Baku Hub” və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə keçiriləcək Forum zamanı Davos Dünya İqtisadi Forumuna canlı bağlantı təşkil olunacaq və beynəlxalq panel sessiyası keçiriləcəkdir.

1news.az “Youth Inc.” Gənclərin Sahibkarlıq proqramının kordinatoru Müşfiq Həsənov panelin moderatorudur.

“Davosa Doğru: Bakı” forumunda “Gənclərin sahibkarlığa cəlb olunması vasitəsilə yeni iş yerlərinin yaradılması” və “Peşə təhsili və qeyri-formal təhsil vasitəsilə gənclərin məşğulluğunun artırılması” mövzularında panel müzakirələri aparılacaq, dövlət rəsmilərinin çıxışları və mövzu ilə bağlı fikirlər dinləniləcəkdir.

Müzakirələrdə, startap ekosisteminin formalaşdırılması, gənc sahibkarlar üçün imkanlar və alətlər, bu sahədə müasir çağırışlar və problemlər, həmçinin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin, “Azərbaycan Gəncliyi 2015-2025-ci illərdə” Strategiyasının və digər milli və beynəlxalq səviyyəli sənədlərin müddəaları və gənclərin məşğulluğunun təmin olunmasında rolu ətrafında fikir mübadiləsi aparılacaqdır.

Forum çərçivəsində gənc sahibkarların startaplarından ibarət sərgi təşkil ediləcəkdir. Sərgidə “Youth Inc.” Proqramın nümayəndələrinin startaplarından ibarət stendlər nümayiş olunacaq. Həmçinin “Youth Inc.” Biznes İnkubasiya Mərkəzinin fəaliyyətində yaxından iştirak edən startapların Forumla bağlı çıxışlarından ibarət video təqdimat nümayiş ediləcəkdir. Sərginin keçirilməsində məqsəd forumun mövzusunu nəzərə alaraq, yeni iş yerlərinin yaradılmasında dəstək göstərmək üçün gənc sahibkarları potensial tərəfdaş, investor və müştərilərlə əlaqələndirməkdir.

Xatırladaq ki, Forumun tərəfdaşları Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, ADA və “Youth Inc.” Gənc Sahibkarlıq proqramıdır.

Azərbaycanda 2013-cü ilin yanvar ayından uğurla həyata keçirilən "Youth Inc." Proqramı "Coca-Cola",  Azərbaycan Gənclər və İdman Nazirliyi və DVC təşkilatının dəstəklədiyi uzunmüddətli gənclər proqramıdır. "Youth Inc."in aktiv fəaliyyət göstərdiyi illər ərzində proqram məzunları 15 müxtəlif biznes-layihələr həyata keçirib, 25 startap dəstəklənib və 7 minə yaxın gənc müxtəlif seminarlarda iştirak edib.

1news.az

Paylaş:
1202

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər