Moskva və Ankara ABŞ-ı Astanaya dəvət edir
Moskva və Ankara Astanada keçiriləcək Suriyaya dair danışıqlara ABŞ-ı dəvət etmək qərarına gəldilər.
1news.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
M.Çavuşoğlu Suriya üzrə danışıqlar prosesinə PKK terrorçularının Suriya qolunu cəlb edilməsi barədə Vaşinqtonun mövqeyinə qarşı kəskin tənqidlə çıxış edib.
1news.az
843