Daha bir erməni əsgəri Azərbaycanın işğal olunmuş torpaqlarında öldürülüb | 1news.az | Xəbərlər
Ermənistan

Daha bir erməni əsgəri Azərbaycanın işğal olunmuş torpaqlarında öldürülüb

16:23 - 16 / 01 / 2017
Daha bir erməni əsgəri Azərbaycanın işğal olunmuş torpaqlarında öldürülüb

Dağlıq Qarabağda erməni əsgəri öldürülüb.

1news.az-ın news.am-a istinadla verdiyi xəbərə görə, bu, 1995-ci il təvəllüdlü Araik Sarkisyandır.

Hadrut rayonundan olan A. Sarkisyan müqavilə əsasında xidmət edirmiş.

Azərbaycanın 20% torpaqları – Dağlıq Qarabağ və ona bitişik yeddi rayon hələ də erməni silahlı qüvvələrinin işğalı altındadır.

Ermənistanla Azərbaycan arasında 20 ildən artıqdır ki, ATƏT-in Minsk qrupunun həmsədrliyi ilə sülh danışıqları aparılır. Ermənistan Dağlıq Qarabağda status-kvonun və Azərbaycanın 20% torpaqlarının işğal altında saxlamaqda davam edir.

1news.az

Paylaş:
793

Son xəbərlər

Bütün xəbərlər