Tailandda daşqınlar nəticəsində 40-dan çox adam ölüb | 1news.az | Xəbərlər
Dünya

Tailandda daşqınlar nəticəsində 40-dan çox adam ölüb

09:22 - 16 / 01 / 2017
Tailandda daşqınlar nəticəsində 40-dan çox adam ölüb

Tailandda bir həftə davam edən leysan yağışlarından sonra baş verən daşqınlar ölkənin cənubunda azı 40 nəfərin ölümünə səbəb olub. Bu barədə Tailand hakimiyyət orqanları məlumat yayıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, daşqınlar nəticəsində infrastruktura, xüsusilə rezin istehsalı sənayesinə ciddi ziyan dəyib. Təbii fəlakətin ölkədə əsas sahə olan turizm sektoruna da ciddi təsir göstərəcəyi istisna deyil. Daşqınlar nəticəsində bir çox istiqamətdə yol və dəmiryolu xətləri kəsilib.

Tailandda yağış mövsümünün noyabr ayınadək davam etdiyini nəzərə alsaq, təbii fəlakətin nəticələrinin daha ağır olacağı ehtimal edilir.

Qeyd edək ki, Tailand dünyada ən böyük təbii rezin ixracatçısıdır.

1news.az

Paylaş:
656

Son xəbərlər

Bütün xəbərlər