Lənkəranda yolun qırağından top mərmisi tapıldı – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Lənkəranda yolun qırağından top mərmisi tapıldı – FOTO

14:51 - 17 / 01 / 2017
Lənkəranda yolun qırağından top mərmisi tapıldı – FOTO

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Lənkəran rayonunda apardığı əməliyyatla bağlı yeni məlumat yayıb.

Agentliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Lənkəran rayonunun Ürgə kəndində yol kənarında 1 ədəd partlamamış hərbi sursat (122 mm-lik top mərmisi (OF-462) aşkar edilərək  zərərsizləşdirilməsi üçün götürülüb, nəticə etibarilə 1500 kv.m. ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik tərəfindən 01 - 17 yanvar 2017-ci il tarixlərində Füzuli, Şamaxı VƏ Lənkəran rayonları, Lənkəran və Gəncə şəhərində 1 otlaq sahəsinə, dəniz kənarına və avtobaza ərazisinə baxış keçirilib.

Keçirilmiş baxış zamanı 1 203 ədəd partlamamış hərbi sursat, 10 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 6 550 kv.m ərazi yoxlanılıb.

1news.az

Paylaş:
475

Son xəbərlər

Əməkdar artist vəfat edib

06 / 06 / 2025, 13:25
Bütün xəbərlər