Bakıda evdə güclü yanğın olub, iki nəfər xilas edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda evdə güclü yanğın olub, iki nəfər xilas edilib

09:59 - 18 / 01 / 2017
Bakıda evdə güclü yanğın olub, iki nəfər xilas edilib

Bakıda evlərdən birində güclü yanğın olub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, paytaxtın Yasamal rayonunda altımərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 85 m2 olan 3 otaqlı mənzilin 1 otağının, dəhlizin və eyvanının yanar konstruksiyaları 46 m2 sahədə yanıb, 2 otaq 22 m2 sahədə qarsalanıb.

Bundan başqa 4-cü mərtəbədə yaşayan vətəndaşa məxsus ümumi sahəsi 90 m2 olan 3 otaqlı mənzilin eyvanında yüksək temperaturdan lambirdən ibarət məhəccər 2 m2 sahədə əriyib.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3-cü mərtəbədə yaşayan 2 nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

1news.az

Paylaş:
450

Son xəbərlər

Əməkdar artist vəfat edib

06 / 06 / 2025, 13:25
Bütün xəbərlər