Tehranda ölənlərin sayı 50-yə çatıb – FOTO – VİDEO – YENİLƏNİB
Tehranda yanan binanın çökməsi nəticəsində ölənlərin sayı 50-yə çatıb.
Binanın dağıntıları altında 50-100 nəfərin qaldığı ehtimal olunur.
Ölənlərin sayının artacağı istisna edilmir.
PressTV
14.34
İranın paytaxtı Tehranda çoxmərtəbəli binada baş verən yanğından sonra binanın çökməsi nəticəsində azı 30 yanğınsöndürən ölüb, 38 nəfər yaralanıb.
Hürriyet-in verdiyi xəbərə görə, bu haqda İranın rəsmi televiziyası məlumat yayıb.
İnformasiyaya əsasən, çökən 17 mərtəbəli bina Tehranda inşa olunan ilk çoxmərtəbəli tiklililərdəndir. Bina 1962-cı ildə yəhudi iş adamı Həbib Elxanianın vəsaiti hesabına tikilib. “Elghanian” plastik fabriki adlanan bina o dövrün ən hündür tiklisi olub. Orada plastik və toxuculuq emalatxanaları fəaliyyət göstərirmiş.
Məlumata görə, təhlükəsizlik baxımından binanın yaxınlığında yerləşən Türkiyə, Almaniya və Böyük Britaniya səfirliklərinin binaları boşaldılıb, əməkdaşlar təxliyə edilib.
1news.az