Türkiyədə Rusiya səfirinin qətli ilə bağlı 2 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə Rusiya səfirinin qətli ilə bağlı 2 nəfər saxlanılıb

09:27 - 19 / 01 / 2017
Türkiyədə Rusiya səfirinin qətli ilə bağlı 2 nəfər saxlanılıb

Ankarada Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətli ilə bağlı 2 nəfər saxlanılıb.

Saxlanılan polis əməkdaşı Sercan Başar  və iş adamı Enes Asım Silin FETÖ terror təşkilatına üzv olmaqda şübhəli bilinirlər.

Hər iki şəxsin Sincan həbsxanasına göndərildiyi bildirilir. Məlumata əsasən, Sercan Başarın rusiyalı diplomatı qətlə yetirən Mövlud Mərd Altıntaşla əlaqəsi olduğu müəyyənləşdirilib.

Xatırladaq ki,  Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada sərgidə çıxış edərkən polis əməkdaşı Mövlud Mərd Altıntaş tərəfindən qətlə yetirilib.

Mövzu ilə əlaqədar oxuyun:

Rusiyanın Türkiyədəki səfiri sui-qəsd nəticəsində öldü - RƏSMİ - FOTO - VİDEO 

Səfiri güllələyən şəxs öldürüldü - YENİLƏNİR - FOTO - VİDEO

Səfiri öldürənin kimliyi məlum oldu - FOTO

Azərbaycan XİN Rusiyanın Türkiyədəki səfirinin öldürülməsini kəskin şəkildə pisləyir

Anadolu

Paylaş:
811

Son xəbərlər

Bütün xəbərlər