Əli Həsənov: Heydər Əliyev sübut etdi ki, o, doğrudan da, Azərbaycanda olmalı idi | 1news.az | Xəbərlər
Siyasət

Əli Həsənov: Heydər Əliyev sübut etdi ki, o, doğrudan da, Azərbaycanda olmalı idi

21:35 - 19 / 01 / 2017
Əli Həsənov: Heydər Əliyev sübut etdi ki, o, doğrudan da, Azərbaycanda olmalı idi

“O zaman 20 Yanvar hadisəsinə faktiki olaraq siyasi qiymət verilməmişdi. Rusiya mətbuatında qeyd olunurdu ki, guya bir qrup ekstremist Bakıda yaşayan ermənilərə divan tutmaq istəyirmiş, Sovet ordusu da gəlib onları xilas edib, Bakıdakı ekstremistləri də dağıdıb. Bu belə dəyərləndirilirdi.

Amma faktiki olaraq biz hadisələrin əhatə dairəsini, Bakıda baş verənlərin mahiyyətini yaxşı bilirdik. Əlbəttə, həqiqəti yalnız Qərb mətbuatından aldığımız məlumatlar əsasında müəyyən edir, Heydər Əliyevin proseslərə münasibətindən öyrənirdik”.

Bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "Birinci mətbuat konfransının tarixi” sənədli filmində bildirir.

“Moskvada bir qrup hazırlanmış adam Heydər Əliyevin keçirdiyi mətbuat konfransı zamanı ona söz deyəndə biz tələbələr həmin o adamlara qarşı ciddi etiraz etmək istədik. Amma Heydər Əliyev bizi sakitləşdirdi, dedi ki, dəyməyin, işiniz olmasın. Gülümsəyərək üzünü zala tutub dedi ki, mən 20 yanvar faciəsinə qiymətimi verirəm. Kim bunu necə dəyərləndirir, özü bilər. Burada verilən suallara da mən cavab verirəm.

Heydər Əliyevin topu-tüfəngi, ordusu yox idi. Onun səlahiyyəti, hakimiyyəti yox idi ki, bu hadisəni, vəhşiliyi törədənlərə qarşı tədbir görsün. Onun bir səsi, iradəsi və milli ruhu var idi. O, milli əhval-ruhiyə, milli iradəyə arxalanaraq insanlara sözünü çatdırdı, hadisələrə qiymət verdi. Faktiki olaraq Azərbaycan xalqının kortəbii anti-Moskva hərəkatına bir sistemlilik gətirdi. Onun düşünülmüş fəaliyyəti milli azadlıq hərəkatını hədəfləri bəlli olan bir hərəkata çevirdi. Bu onun tarixi xidmətidir və onun adına həkk olunmuş xidməti biz hər zaman xatırlayacağıq”, - deyə Əli Həsənov filmdə bildirir.

PA rəsmisi vurğulayır ki, 1990-cı ildə təqiblər başlayandan sonra Heydər Əliyev Bakıya gələndə onu müşayiət edən iki adamdan biri olub:

"Bilərəkdən Moskva Dövlət Universitetinin aspirantı kimi mən də onu Bakıya və buradakı təqiblərdən sonra Naxçıvana qədər müşayiət etmişəm. Faktiki olaraq Heydər Əliyevin proqramında, niyyətində, məqsədində yenidən siyasətə qayıdış yox idi. Heydər Əliyev ehtiyacdan Azərbaycanda hakimiyyətə gəldi və sübut etdi ki, o doğrudan da Azərbaycanda olmalı idi. Müstəqil Azərbaycan dövlətinin o çətin günlərində ona məhz belə bir müdrik, siyasətin bütün çalarlarını bilən adam lazım idi”.

APA

Paylaş:
635

Son xəbərlər

Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09
Bütün xəbərlər