Azərbaycan ilə Özbəkistan arasında turizm sahəsində əməkdaşlıq imkanları müzakirə edilib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan ilə Özbəkistan arasında turizm sahəsində əməkdaşlıq imkanları müzakirə edilib – FOTO

11:27 - 19 / 01 / 2017
Azərbaycan ilə Özbəkistan arasında turizm sahəsində əməkdaşlıq imkanları müzakirə edilib – FOTO

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İspaniyanın Madrid şəhərinə səfəri çərçivəsində “Fitur-2017” turizm sərgisində olub, Özbəkistanın Turizmin İnkişafı üzrə Dövlət Komitəsinin rəhbəri Ənvər Şarapovla görüşüb.

1news.az-ın nazirliyə istinadla verdiyi xəbərə görə, görüşdə iki ölkə arasında turizm sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Həmçinin birgə turist paketlərinin hazırlanması, çarter reyslərin açılması, qarşılıqlı turist axınının stimullaşdırılması ilə bağlı maraqlı təkliflər səsləndirilib.

Görüşdə Azərbaycanın İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov, Azərbaycan Turizm Assosiasiyasının idarə heyətinin sədri Nahid Bağırov da iştirak ediblər.

1news.az

Paylaş:
861

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər