Türkiyə prezident üsul-idarəsinə keçdi | 1news.az | Xəbərlər
Dünya

Türkiyə prezident üsul-idarəsinə keçdi

12:00 - 21 / 01 / 2017
Türkiyə prezident üsul-idarəsinə keçdi

Türkiyə Böyük Millət Məclisi prezident üsul-idarəsinə keçidi nəzərdə tutan dəyişiklik layihəsini qəbul edib.

1news.az APA-ya istinadən xəbər verir ki, səsvermə yanvarın 21-də baş tutub.

Səsvermədə iştirak edən 448 deputatdan 339-u qanun layihəsinin lehinə səs verib. Beləliklə, qanun layihəsi referenduma çıxarılacaq. Ümumxalq səsvermənin 26 mart-18 aprel tarixləri arasında keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, konstitusiya dəyişikliklərinin qəbul olunması üçün 330 deputatın səsi kifayət edirdi.

1news.az

Paylaş:
989

Son xəbərlər

Bütün xəbərlər