Səhiyyə Nazirliyi təcili yardım maşınları üçün ehtiyat hissələri alır | 1news.az | Xəbərlər
Cəmiyyət

Səhiyyə Nazirliyi təcili yardım maşınları üçün ehtiyat hissələri alır

13:16 - 22 / 01 / 2017
Səhiyyə Nazirliyi təcili yardım maşınları üçün ehtiyat hissələri alır

Səhiyyə Nazirliyi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası açıq tender elan edir.

1news.az Trend-ə istinadən xəbər verir ki, tender 2 lot üzrə keçirilir.

1-ci lotda "Mercedes-Vito" və "Mercedes-Sprinter" avtomaşınları üçün ehtiyat hissələrinin, 2-ci lotda isə "Mercedes-Vito" və "Mercedes-Sprinter" avtomaşınları üçün avtoşinlərin və akkumulyatorların satın alınması nəzərdə tutulur.

Tender iştirakçılarına təklif edilir ki, öz təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər hər lot üzrə 100 manat məbləğində iştirak haqqını ödədikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəh.F.İbrahimbəyov küç.43 (Əlaqələndirici şəxs: S.Ağayevdən, telefon :012-594-74-72) ünvanından ala bilərlər .

1news.az

Paylaş:
1018

Son xəbərlər

Əməkdar artist vəfat edib

06 / 06 / 2025, 13:25

Sabahın hava proqnozu

06 / 06 / 2025, 12:05

Çaylarda sululuq artıb

06 / 06 / 2025, 10:14
Bütün xəbərlər