Rusiyada bazarda azərbaycanlını ölümcül hala saldılar | 1news.az | Xəbərlər
Dünya

Rusiyada bazarda azərbaycanlını ölümcül hala saldılar

16:26 - 22 / 01 / 2017
Rusiyada bazarda azərbaycanlını ölümcül hala saldılar

Rusiyada bazarda 39 yaşlı Azərbaycan vətəndaşı bıçaqlanıb.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə yanvarın 21-də saat 11:00 radələrində Peterburqun Frunze rayonunda Sofiysk tərəvəz bazarında dava-dalaş zamanı baş verib.

Satıcılar bıçaqlanan şəxsi görüb və təcili yardım çağırıblar. Baş, boyun, sinəsindən çoxlu bıçaq zərbələri olan şəxs ağır vəziyyətdə Canelidze adına xəstəxanaya yerləşdirilib.

Qəsdən sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə cinayət işi açılıb.

1news.az

Paylaş:
877

Son xəbərlər

Bütün xəbərlər