Britaniyanın mükafata layiq görülmüş radio verilişi Azərbaycanda yayımlanacaq – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Britaniyanın mükafata layiq görülmüş radio verilişi Azərbaycanda yayımlanacaq – FOTO

13:27 - 23 / 01 / 2017
Britaniyanın mükafata layiq görülmüş radio verilişi Azərbaycanda yayımlanacaq – FOTO

British Council və ASAN Radio Böyük Britaniyada populyar olan "Selector" radio-şousunun 2017-ci ilin yanvar ayından etibarən Azərbaycanda yayımlanması barədə razılığa gəliblər.

1news.az-a British Council-dan verilən xəbərə görə, mükafata layiq görülmüş proqram Britaniya musiqi irsinin bütün janrlarını - indi ("independent" (müstəqil) sözündən götürülüb), dabstep, xalq musiqisi, soul, elektronik musiqi və bir çox digər musiqi üslublarını əhatə edir. 

"Selector" radio-şousu 2017-ci ilin yanvar ayından başlayaraq hər həftənin şənbə günü saat 21:00-da və bazar günü saat 16:00-da onlayn və 100 FM dalğasında yayımlanan ASAN Radioda  DJ Bazaurun təqdimatında səsləndiriləcək.

British Council-ın təşəbbüsü ilə hazırlanan "Selector" radio-şousu dünyanın 40-dan çox ölkəsində üç milyondan artıq radio dinləyicisindən ibarət geniş auditoriyaya malikdir və London şəhərindən həftəlik olaraq yayımlanır. "Selector" radio-şousu Britaniyanın məşhur ifaçılarının yeni işıq üzü görən albomlarını təqdim etməklə yanaşı dinləyiciləri gənc istedadlı musiqiçilərlə tanış edir. Radio-şounun hər buraxılışında müsahibələrə, musiqi tənqidçilərinin fikirlərinə, canlı ifalara və studiya yazılarına yer verilir.

Uzun illər ərzində şounun aparıcısı DJ Qoldiroks (Goldierocks) çoxsaylı məşhur ifaçıları, o cümlədən, Tayni Tempa (Tinie Tempah), "Metronomy" qrupu, Cessi Uer (Jessie Ware), "Bombay Bicycle Club" indi-rok qrupu, "The Horrors" rok qrupu, "London Grammar" musiqi kollektivi və digərləri ilə işləyib. 2005-ci ildə sözügedən radio-şou Böyük Britaniyanın həftəlik yayımlanan ən yaxşı radio-proqramı hesab olunub və "Sony Radio Academy Award" mükafatına layiq görülüb.

"Selector" proqramı Mixcloud Mükafatlarına, Britaniyada Rəqəmsal Formatda olan Musiqi Parçalarına görə verilən Mükafatlara və Nyu-York Festivalının Mükafatlarına layiq görülüb və nüfuzlu KİV festivallarında İsveçrə və Macarıstanda ən yaxşı radio-şousu titulunu qazanıb. "Selector" radio-şousu haqqında ətraflı məlumat əldə etmək üçün http://music.britishcouncil.org/the-selector linkinə daxil olun.  

ASAN Radio dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılan ASAN Radio 24 dekabr 2015-ci il tarixdən etibarən 100 FM dalğasında yayıma başlayıb. Dövlət qurumları ilə vətəndaşlar arasında vasitəçi olmaq, əhalinin sosial və hüquqi cəhətdən maariflənməsinə dəstək göstərmək radionun efir siyasətinin əsasını təşkil edir.

British Council Azərbaycanın direktoru Elizabet Uayt: 

"Bu yeni ilin mükəmməl başlanğıcıdır. ASAN Radio ilə yeni tərəfdaşlıq münasibətlərinin qurulması nəticəsində yeni Britaniya musiqinin ən yaxşı nümunələrinin bəziləri qabaqcıl və cəlbedici radio stansiyaya, habelə, onun çoxçeşidli və çoxsaylı auditoriyasına təqdim olunur. Dinləmək şansını qaçırmayın!"

1news.az

Paylaş:
753

Son xəbərlər

Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 2Bu gün, 17:52Azərbaycanın “Olivea” Brendi Beynəlxalq Arenada İrəliləyir: İxracda Uğurlu AddımlarBu gün, 17:46Azərbaycan Ordusunun Baş Qərargah rəisi Romada NATO Müdafiə Kollecində olubBu gün, 17:39Ali Məhkəmənin sədri Qırğızıstanda səfərdə olubBu gün, 17:37Azərbaycan Səudiyyə İnkişaf Fondu ilə əlaqələri genişləndirmək istəyirBu gün, 17:29“Youtube” şirkətinin həmtəsisçisi Bakıda sammitdə iştirak edəcəkBu gün, 17:16İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edibBu gün, 17:09Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyasının yaradılması müzakirə olunduBu gün, 16:40Bakının Ələsgər Qayıbov küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaqBu gün, 16:27Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olubBu gün, 16:21QAİ ABŞ Konqresində keçirilmiş dinləmələrdə ölkəmizin əleyhinə səsləndirilən ittihamlarla bağlı bəyanat yaydıBu gün, 15:58“İnstagram”da qumarla kibercinayətkarlıq edən şəbəkə ifşa olunub, 9 nəfər tutulub - FOTOBu gün, 15:33Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın Dövlət Suverenliyi gününü təbrik edibBu gün, 15:08Bakıda azyaşlıya qarşı zorakılıq edən şəxs işdən çıxarıldı - VİDEOBu gün, 14:58Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmovla vida mərasimi keçirilibBu gün, 14:55Səhiyyə Nazirliyi Zəngilanda ağciyər xəstəliklərinin erkən aşkarlanması ilə bağlı tibbi baxışlar keçiribBu gün, 14:34Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Səfəralı Səfərov dəfn edilibBu gün, 14:25Sükan arxasında yuxusuzluq növbəti dəfə faciəvi sonluqla bitdiBu gün, 14:23Cahit Bağçı Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edibBu gün, 14:01Xəzərdə balıq ovu qaydalarını pozan şəxslər saxlanılıbBu gün, 13:45
Bütün xəbərlər