Gənc türk Piramidanın zirvəsində - VİDEO | 1news.az | Xəbərlər
Dünya

Gənc türk Piramidanın zirvəsində - VİDEO

15:34 - 23 / 01 / 2017
Gənc türk Piramidanın zirvəsində - VİDEO

Misirdə türkiyəli turist Xeops piramidasına qalxdığı üçün saxlanılıb.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 23 yaşlı Fateh Kömürçü 24 saat nəzarətdə qaldıqdan sonra sərbəst buraxılıb.

O, bildirib ki, videoları və fotoları silmək müqabilində azad edilib. Hadisəni nəql edən Kömürçü piramidanın zirvəsindən möhtəşəm mənzərə göründüyünü deyib:

“Dırmanmaq gözlədiyimdən asan oldu. Ancaq enmək çox çətin idi. Piramidaya dırmanan zaman geri qayıtmağım üçün  polislərin mənə ərəb və inglis dillərində xəbərdarlıq etdiyini xatırlayıram. Ancaq mən artıq başqa dünyadaydım və onları eşidəcək psixologiyada deyildim. Oradakı turistlərin də məni alqışladığını xatırlayıram”.

Türkiyəli turist aşağı düşdükdən sonra baş verənlərdən də danışıb. O, polislərin onu idarəyə apardığını, onunla yaxşı davrandıqlarını deyib. 23 yaşlı gənc bildirib ki, bölmədə zirvədəki  videoları və fotoları sildiyi təqdirdə azad ediləcəyini deyiblər:

“ Mən razılaşmadım və 24 saat nəzarətdə qaldım. Daha çox dözməyəcəyimi anladım və razılaşdım. Prokurorluqda çəkdiyim fotolar və videolar silinərkən göz yaşlarımı saxlaya bilmədim və ağladım. İnternetdən tapdığım bir proqram sayəsində bəzi fotoları geri qaytara bilsəm də, ancaq videoları hələ bərpa edə bilməmişəm”.

Qeyd edək ki, Misir qanunlarına görə, icazəsiz olaraq piramidalara dırmananları 3 ilə qədər həbs gözləyir.

1news.az

Paylaş:
813

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər