Tramp 80 amerikalı diplomatı işdən çıxarıb, ABŞ-ın Bakıdakı səfiri isə qalıb
ABŞ-ın yeni prezidenti Donald Trampın əvvəlki administrasiyanın təyin etdiyi bütün amerikalı səfirlərin işdən çıxarılması xəbəri yenidən Qərb KİV-inin əsas müzakirə mövzusuna çevrilib.
Amerika və İngiltərə KİV-i yazır ki, Trampın fərmanına əsasən artıq 80 səfir təyin olunduqları ölkəni tərk ediblər.
ABŞ-ın Azərbaycandakı səfirliyində bildiriblər ki, Robert Sekuta ixtisar olunmuş səfirlər siyahısında deyil və hazırda Bakıdadır:
“Amerika səfirləri ABŞ prezidentinin şəxsi nümayəndləri olaraq onun təyinatı üzrə xidmət edirlər. Xarici siyasətin uzunmüddətli əməkdaşı olaraq ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta gözlənildiyi kimi buradadır və öz vəzifəsini icra edir”.
Yanvarın əvvəllərində isə səfirlikdən Trampın fərmanı ilə bağlı analoji bəyanat verilmişdi ki, Robert Sekutanın xidmətinin davam edəcəyi gözlənilir.
Qeyd edək ki, Qərb KİV-i Trapm fərmanının Barak Obama tərəfindən təyin edilmiş “siyasi səfirlərə” aid olmasının araşdırır.
Independent-in qeyd etdiyi kimi, siyasi motivlər əsasında əvvəlki administrasiya tərəfindən təyin edilmiş ABŞ səfirlərinin azad edilməsi Amerika siyasətində olan təcrübəyə uyğundur. Bu səfirləri əvəz edən namizədlərin olmaması isə, gözlənilməzdir.
Belə bir addım ABŞ-la tərəfdaş olan bir sıra ölkələrdə aylarla diplomatik missiya rəhbərləri olmayacağı ilə hədədir. Həmçinin bu, prezidentlə birbaşa əlaqənin olmaması deməkdir. Bir sıra Qərb analitikləri bu qərarın “həddən artıq riskli” və “arzuolunmaz addım” olmasını hesab edirlər.
Diqqətəlayiqdir ki, onilliklər ərzində ilk dəfə olaraq vəzifədən azad edilmiş Amerika diplomatlarına gedişindən əvvəl möhlətləri verilmir. Tramp administrasiyası hələ ötən ilin sonunda bəyan etmişdi ki, xidmətin müddətinin artırılması istisnası olmayacaq.
Qaydalara görə, səfirlər işdən azad edilmədən öncə bir neçə həftədən bir neçə ayadək öz vəzifələrində qala bilərdilər. Xüsusilə də onların himayəsində məktəb yaşlı uşaqları varsa.
The New York Times bir faktı diqqətə çatdırır ki, bu səbəbdən Donald Trampın 10 yaşlı oğlu Berrona görə birinci xanım Melaniya Tramp dərhal Ağ Evə köçməyi planlaşdırmır. Belə ki, Berron tədris ilinin sonunadək Nyu-York məktəbində təhsilini davam etdirməlidir.
1news.az