İtaliyada qar uçqunu nəticəsində ölənlərin sayı 12-yə çatıb | 1news.az | Xəbərlər
Dünya

İtaliyada qar uçqunu nəticəsində ölənlərin sayı 12-yə çatıb

13:12 - 24 / 01 / 2017
İtaliyada qar uçqunu nəticəsində ölənlərin sayı 12-yə çatıb

İtaliyanın Abrutso vilayətində baş vermiş qar uçqunu nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.

Axtarışlar nəticəsində ötən gecə daha 3 nəfərin meyiti qar uçqunu altında qalan hotelin dağıntıları altından çıxarılıb.

Hazırda 17 nəfər itkin düşmüş hesab edilir. Hadisədən sonra 9 nəfər xilas edilib.

Qeyd edək ki, yanvarın 19-da Abrutso vilayətində qar uçqunu baş vermiş, Alp dağları ərazisində yerləşən "Riqapiano" hoteli qar uçqunu altında qalmışdı. Hadisə zamanı oteldə 34 nəfər olub.

Gazeta.ru

Paylaş:
1017

Son xəbərlər

Bütün xəbərlər