Elxan Məmmədov UEFA prezidenti ilə görüşəcək | 1news.az | Xəbərlər
Futbol

Elxan Məmmədov UEFA prezidenti ilə görüşəcək

13:51 - 25 / 01 / 2017
Elxan Məmmədov UEFA prezidenti ilə görüşəcək

Bu gündən etibarən İsveçrənin Cenevrə şəhərində TEP proqramı çərçivəsində dəyirmi masa keçiriləcək.

1news.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı məlumata görə, tədbirə qitə futbol qurumunun prezidenti Aleksander Çeferin və baş katib Teodor Teodoridis rəhbərlik edəcək.

Andorra, Belçika, Bolqarıstan, Xorvatiya, Fransa, Litva, Lüksemburq, Hollandiya, Sloveniya və İspaniya futbol federasiyalarının nümayəndələrinin qatılacağı tədbirdə AFFA-nı baş katib Elxan Məmmədov və baş katibin müavini Sərxan Hacıyev təmsil edəcəklər.

Qeyd edək ki, tədbir sabah başa çatacaq.

1news.az

Paylaş:
726

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər