Mərakeş səfiri: İlham Əliyevin bu ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi zamanında verilən qərardır | 1news.az | Xəbərlər
Siyasət

Mərakeş səfiri: İlham Əliyevin bu ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi zamanında verilən qərardır

21:52 - 25 / 01 / 2017
Mərakeş səfiri: İlham Əliyevin bu ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi zamanında verilən qərardır

Azərbaycan Prezidentinin 2017-ci ili ölkədə “İslam Həmrəyliyi İli” elan etməsi çox gözəl təşəbbüsdür və zamanında verilən bir qərardır. Bildiyimiz kimi, indi dünyada İslam ölkələri barədə mənfi imic formalaşdırılıb.

 Əlbəttə bu, düzgün deyil. Hamımız bilirik ki, İslam tolerantlıq, qarşılıqlı anlaşma dinidir, qarşılıqlı hörmətə əsaslanır. Ona görə də Azərbaycan Prezidentinin bu təşəbbüsü saf dinimizin həqiqi dəyərlərinin dünyaya çatdırılması baxımından çox önəmlidir.

Bu fikirləri Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş deyib.

Səfir vurğulayıb ki, Azərbaycan dünyada öz tolerantlığı ilə tanınır. Bu ölkədə də Mərakeşdəki kimi müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Mərakeş də İslam haqqında formalaşdırılan mənfi imicə qarşı mübarizə aparır. Bununla bağlı, eləcə də terrorla mübarizə sahəsində müxtəlif tədbirlər həyata keçirir. Mərakeş tolerantlıq və ehtiram dini olan İslamın əsl qayəsinin dünyaya olduğu kimi çatdırılması işinə dəstək verir və Azərbaycan Prezidentinin “İslam Həmrəyliyi İli” təşəbbüsünü alqışlayır.

Diplomat bu il Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında Mərakeş idmançılarının da iştirak edəcəyini söyləyib. “Azərbaycanda bu münasibətlə təşkil ediləcək bütün tədbirlərdə iştirak etməyə çalışacağıq”, - deyə o əlavə edib.

AZƏRTAC

Paylaş:
566

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər